Prezident İlham Əliyev israilli naziri qəbul edib

17.05.2022, 11:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edib.

Gunaz.tv Quote | Gunaz article

Görüşdə Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrə toxunuldu, kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərindən danışıldı. İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.

Oded Forerin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı müasir dövrdə ərzaq təhlükəsizliyinin bütün ölkələr, o cümlədən Azərbaycan üçün də prioritet məsələ olduğunu qeyd edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışdı. Prezident İlham Əliyev yerli kənd təsərrüfatı istehsalının və ixracatın əhəmiyyətli dərəcədə artdığını vurğuladı, eyni zamanda, idxaldan asılılığın maksimum dərəcədə azaldılması istiqamətində də işlərin həyata keçirildiyini dedi.

Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlətimizin başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirdi. 

İşğal dövründə ermənilərin ərazilərimizdə ekoloji soyqırımı törətdiyini vurğulayan Prezident İlham Əliyev xüsusilə bunun nəticəsində bu yerlərin su mənbələrindən də məhrum olunduğunu, buna görə hazırda həmin ərazilərdə su mənbələrinin bərpası və irriqasiya sistemi ilə bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını qeyd etdi.

Oded Forer kənd təsərrüfatı sahəsində ölkələrimizin müvafiq qurumları arasında yaxşı əməkdaşlığın mövcud olduğunu dedi, Bakıda keçiriləcək “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyətini qeyd etdi və eyni zamanda, Azərbaycan-İsrail kənd təsərrüfatı biznes forumunda iştirak etmək üçün onunla birlikdə İsraildən xeyli sayda şirkətin nümayəndələrinin də gəldiyini məmnunluqla bildirdi. 

İsrailin kənd təsərrüfatı sahəsində yaxşı təcrübəsinin olduğunu qeyd edən nazir bu təcrübəni azərbaycanlı həmkarları ilə bölüşməsindən məmnunluğunu ifadə etdi.

Oded Forer bildirdi ki, Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var. (modern.az)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizin qadınlardan ibarət "Ana sport" futbol klubu yeni uğur qazanıb

2022-07-05

gun az article

Qərbi Azərbaycan adambaşına düşən idman sahəsinə görə sonuncu yerdədir

2022-07-05

gun az article

Ərdəbildə yüzlərlə kəndə içməli su qıtlığı yaranıb

2022-07-05

gun az article

Zənganda etiraz aksiyası keçirilib

2022-07-05

gun az article

"Urmu gölünün qurumasına seyrçi qalmayacağıq"- Qərbi azərbaycanlı fəallardan xəbərdarlıq

2022-07-05

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxma halları artıb

2022-07-04

gun az article

Horandda tarixi əsər qaçaqmalçıları saxlanılıb

2022-07-04

gun az article

Fars şovinistləri Azərbaycan Mis Şirkətinin yaradılmasına qarşı çıxır

2022-07-04

gun az article

Mərənddə ağır yol qəzası baş verib

2022-07-04

gun az article

"9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib"-Qəzvin Təhsil İdarəsinin rəsmisi

2022-07-04

gun az article

İrandan beyin axını davam edir: "Universitet müəllimləri ölkədən qaçır"-Millət vəkili

2022-07-04

gun az article

Təbrizdə qədim küçə adı bərpa olundu

2022-07-04

gun az article

Zənganda tibb bacıları etiraz aksiyası keçirib

2022-07-04

gun az article

Təbriz məhkəməsi "Xaqan" adına kimlik verilməsini qanunsuz adlandırıb

2022-07-03

gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02