SON XƏBƏRLƏR

Marağada 400 illik tarixi abidə məhv olur

2024.05.01, 11:06
Marağada 400 illik tarixi abidə məhv olur

Marağa şəhərinin Xangah kəndində yerləşən tarixi Hacı Məhəmməd Bağır körpüsü uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar paylaşım edib və körpünün bərpası və qorunması ilə bağlı heç bir iş aparılmadığını deyiblər.

1616-cı ildə Səfəvi hakimiyyəti dönəmində Çəkançay üzərində inşa edilən üçtağlı körpü 24 metr uzunluğunda, 4 metr enindədir. Marağa ilə Azərbaycan və başqa əyalətləri birləşdirən körpünün tikintisində yerli mədən daşları və bişmiş qırmızı kərpicdən istifadə olunub.

Tarixi abidənin 2022-ci ilin sentyabr ayında İran Milli Əsərləri siyahısında qeydə alınmasına baxmayaraq, bərpası üçün vəsait ayrılmayıb.

Körpü görünüşü, memarlıq üslubu və tikintisində istifadə olunan materiallara görə, Araz üzərindəki Xudafərin körpüsünün kiçik oxşarı sayılır.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Marağada onlarla tarixi abidə bu vəziyyətə düşüb. 

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar