SON XƏBƏRLƏR

Ermənistan polisi Tavuşun Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib

2024.05.02, 11:05
Ermənistan polisi Tavuşun Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib

Ermənistan polisi Tavuş rayonunun Kirants kəndində gücləndirilmiş iş rejiminə keçib.

Gunaz.tv

Bu barədə Ermənistan DİN-in məlumatında deyilir.

Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants kəndi və Qazax rayonunun Xeyrimli kəndi ərazisində ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin koordinatlarının dəqiqləşdirilməsi üzrə işlərin həyata keçirilməsi məqsədilə minalardan təmizləmə işləri aparır.

“Polis mülki şəxslərin minalanmış ərazilərə daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minalardan təmizləmə zonalarında gücləndirilmiş xidmət göstərir”, - məlumatda qeyd edilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar