SON XƏBƏRLƏR

Netanyahu və Blinken Qüdsdə müzakirələrə başlayıb

2024.05.01, 13:07
Netanyahu və Blinken Qüdsdə müzakirələrə başlayıb

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinken Qüdsdə təkbətək görüşə başlayıblar.

Gunaz.tv

Həmin görüşdən sonra onların müvafiq heyətləri ilə daha geniş müzakirələr aparılacaq. İsrail tərəfdən Netanyahuya Strateji Məsələlər üzrə müşaviri Ron Dermer, Milli Təhlükəsizlik müşaviri Tzaçi Hanegbi, hərbi katib Avi Qil, siyasi məsələlər üzrə müşavir Ophir Falk, Baş Qərargah rəisi Tzaçi Braverman və İsrailin Vaşinqtondakı səfiri Maykl Hersoq da qatılacaq.

Bu görüş zamanı Blinkenə Amerikanın İsarildəki səfiri Cek Lyu, Yaxın Şərq humanitar məsələlər üzrə xüsusi elçi Liza Qrande və dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Barbara Leaf qatılacaq.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar