SON XƏBƏRLƏR

İranda son 80 ilin rekord inflyasiyası qeydə alındı

2024.05.01, 15:00
İranda son 80 ilin rekord inflyasiyası qeydə alındı

İranda inflyasiya səviyyəsi son 80 ilin rekordunu qıraraq, 52 faizi keçib.

Gunaz.tv

Bu barədə “Həm mihən” qəzeti məlumat yayıb.

Məlumatda hakimiyyətin iddialarının əksinə vətəndaşların yaşayış vəziyyətlərinin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması mümkün olmayıb.

"Son illərdə inflyasiya ən çox orta təbəqəyə təsir edib və onların böyük bir hissəsini yoxsulluq həddinin altına salıb. Artıq İranda orta təbəqə dağılır",- araşdırma yazısında bildirilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi seçkiqabağı təşviqat kampaniyası zamanı inflyasiyanın səviyyəsinin aşağı salınacağını vəd etmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar