SON XƏBƏRLƏR

Tramp Amerikada yaxın müddət ərzində iqtisadi tənəzzül ehtimalını istisna etməyib

2025.05.03, 09:36
Tramp Amerikada yaxın müddət ərzində iqtisadi tənəzzül ehtimalını istisna etməyib

Amerika Prezidenti Donald Tramp yaxın müddət ərzində Amerikanın iqtisadi tənəzzüllə qarşılaşa biləcəyini istisna etməyib. Lakin onun fikrincə, sonda ölkə iqtisadiyyatı qaydasına düşəcək.

Gunaz.tv

Tramp bunu NBC telekanalına müsahibəsində deyib.

"Hər şey baş verə bilər. Amma mən düşünürəm ki, biz ölkə tarixində ən güclü iqtisadiyyata sahib olacağıq", – o deyib.

Tramp əlavə edib ki, onu bu məsələ narahat etmir. Çünki Amerika iqtisadiyyatı keçid dövründədir. Onun fikrincə ölkə iqtisadiyyatı bu dövrdən əla vəziyyətdə çıxacaq.

Qeyd edək ki, daha əvvəl Amerikanın sabiq maliyyə naziri Canet Yellen “Financial Times” qəzetinə müsahibəsi zamanı Trampın ticarət siyasəti və tətbiq etdiyi rüsumlar səbəbilə Amerikanı tənəzzül təhlükəsi gözlədiyini demişdi.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar