SON XƏBƏRLƏR

Livan: Bölgədəki böhranın arxasında İran dayanır

2026.11.29, 22:35
Livan: Bölgədəki böhranın arxasında İran dayanır

Gunaz.tv

Livanın xarici işlər naziri Yusif Rəcci “Əl-Rəy” qəzetinə müsahibəsində bildirib ki, İran davranışını dəyişməyənə qədər bölgədəki problemlər davam edəcək.

Rəcci “Hizbullah” və onun bəzi müttəfiqlərinin hələ də Livan dövlətinin dərin strukturlarında təsir imkanlarını qoruduğunu və bunun ölkədə işlərin irəliləməsinə mane olduğunu deyib. O, Livan hökumətinin və xalqının “Hizbullah”a qarşı səbrinin sonsuz olmadığını vurğulayıb.

Livanın xarici işlər naziri vətəndaş müharibəsi təhlükəsinin şişirdilməsinə qarşı olduqlarını da bildirib. Onun sözlərinə görə, hökumət öz suverenliyini genişləndirmək, qanunun aliliyini təmin etmək və silahı dövlətin inhisarına almaq qərarı verdikdə, bəzi təşkilat və qrupların buna qarşı çıxması vətəndaş müharibəsi deyil, qanundan kənar fəaliyyət göstərən qrupların dövlətə meydan oxumasıdır.

Rəcci ölkədə sabitliyi pozmaq məqsədilə təxribat və ya təhlükəsizlik əməliyyatlarının həyata keçirilməsi cəhdlərinin mümkünlüyünü də istisna etməyib.

O, eyni zamanda, Livan hökumətinə və ordusuna xarici dəstəyin azalmadığını, lakin bəzi tərəflərin hökumətin qərarlarının icrasının ləngidiyini düşündüyünü bildirib. Nazir problemin qərarların qəbul edilməsi ilə onların həyata keçirilməsi arasındakı vaxt fərqindən qaynaqlandığını qeyd edib.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar