SON XƏBƏRLƏR

Traxtur tərəfdarı stadiondan qayıdarkən yol qəzasında həyatını itirib

2026.11.29, 23:26
Traxtur tərəfdarı stadiondan qayıdarkən yol qəzasında həyatını itirib

Gunaz.tv

Güney Azərbaycanın Traxtur futbol klubunun qadın tərəfdari Fatimə Purmehdi komandanın “Zob Ahan”la oyunundan sonra baş verən yol qəzasında həyatını itirib.

“Tesnim” xəbər agentliyinin məlumatına görə, Fatimə Purmehdi stadiondan qayıdarkən Təbriz şəhərinin küçələrindən birində avtomobil qəzasına düşərək həyatını itirib.

Mərhum tərəfdar könüllü olaraq Traxtur tərəfdarlər dərnəyinin fəaliyyətində də iştirak edirdi. Komandanın kapitanı Şüca Xəlilzadə sosial şəbəkədə paylaşdığı mesajla onun vəfatı ilə bağlı başsağlığı verib.

Güney Azərbaycanın müxtəlif şəhərlərində Traxtur tərəfdarlərinin yol qəzalarında həyatını itirməsi dəfələrlə gündəmə gəlib və komandanın tərəfdar ailələrini yasa boğub.

Bu ilin avqust ayında da Binab şəhərindən olan iki Traxtur tərəfdari — Puyan Mollapur və Yaser Əhmədzadə komandanın “Peykan”la oyunundan sonra evə qayıdarkən yol qəzasında həyatını itirmişdi.

Güney Azərbaycanda yolların təhlükəsizlik səviyyəsinin aşağı olması və İranda istehsal edilən avtomobillərin standartlara uyğun olmaması bölgədə yol qəzalarının və insan tələfatının artmasının əsas səbəbləri arasında göstərilir.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar