SON XƏBƏRLƏR

Yəmən hökumətini dəstəkləyən koalisiya husilərin mövqelərinə qarşı hərbi əməliyyat keçirdiyini açıqlayıb

2026.11.29, 11:15
Yəmən hökumətini dəstəkləyən koalisiya husilərin mövqelərinə qarşı hərbi əməliyyat keçirdiyini açıqlayıb

Gunaz.tv

“Əl-Ərəbiyyə”nin mənbələri Yəmənin şimalındakı Səədə şəhərinin şərqində husilərin mövqelərinin hava zərbələrinə məruz qaldığını bildiriblər. Mənbələrin məlumatına görə, hücumlar husilərin mövqelərinə qarşı hava əməliyyatlarının genişləndirilməsi çərçivəsində həyata keçirilib. Yerli mənbələr və media orqanları Səədə vilayətinin Səhər bölgəsindəki mövqelərin də hədəfə alındığını xəbər veriblər.

Səudiyyə Ərəbistanının cənub bölgələrinə və Ər-Riyada doğru buraxılan raketlərin ələ keçirildiyi bir vaxtda, Yəmənin qanuni hökumətini dəstəkləyən koalisiya şənbə günü, Azərin 7-də husilərin istifadə etdiyi həyati əhəmiyyətli resurslara qarşı cavab hərbi əməliyyatı keçirdiyini açıqlayıb.

Koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki bildirib ki, əməliyyat husilərin Yəmən və Səudiyyə Ərəbistanında mülki şəxslərə və mülki obyektlərə hücum etmək, eləcə də dəniz gəmiçiliyinin azadlığını təhdid etmək üçün istifadə etdikləri resursları məhv etmək məqsədi daşıyıb.

Əl-Maliki koalisiyanın husilərin istənilən əməliyyatına dərhal cavab verməkdən çəkinməyəcəyini vurğulayıb. O, həmçinin əməliyyatın beynəlxalq humanitar hüquqa uyğun həyata keçirildiyini iddia edib.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar