SON XƏBƏRLƏR

Yəmən: İran husilərə silah göndərməklə müharibənin uzanmasına səbəb olur

2026.11.29, 21:32
Yəmən: İran husilərə silah göndərməklə müharibənin uzanmasına səbəb olur

Gunaz.tv

Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi İranı ölkədə müharibəni alovlandırmaqda ittiham edib və beynəlxalq ictimaiyyəti husilərə silah göndərilməsinin qarşısını almağa çağırıb.

Əl-Əlimi noyabrın 29-da, Yəmənin müstəqilliyinin 59-cu ildönümü münasibətilə etdiyi çıxışda bildirib ki, hazırkı müharibə İran hökumətinin seçdiyi siyasətin nəticəsidir. Onun sözlərinə görə, İrana bağlı qüvvələr daha çox silah və hərbi ekspert göndərməklə münaqişənin davam etməsinə çalışırlar.

O, bu addımların məqsədinin Yəməni beynəlxalq ictimaiyyətdən təzyiq və güzəşt əldə etmək üçün vasitəyə çevirmək, eləcə də beynəlxalq sülh və təhlükəsizliyi təhdid etmək olduğunu deyib.

Yəmən Prezident Şurasının sədri həmçinin vurğulayıb ki, husilərin əlinə keçən hər bir silah partiyası müharibənin uzanmasına səbəb olur, qonşu ölkələrin təhlükəsizliyini və qlobal ticarəti təhdid edir.

Əl-Əlimi parlamentdə husilərin terror təşkilatı kimi tanınmasına dair qanunun qəbul edilməsinə toxunaraq, beynəlxalq ictimaiyyəti müharibənin maliyyə və silah təminatçılarını təqib etmək üçün əməkdaşlığa çağırıb.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar