SON XƏBƏRLƏR

İran rialı tarixi minimuma düşdü: Dollar 305 min tüməni ötdü

2026.11.29, 19:37
İran rialı tarixi minimuma düşdü: Dollar 305 min tüməni ötdü

Gunaz.tv

2026-cı il noyabrın 29-da İranın azad valyuta bazarında ABŞ dollarının məzənnəsi yeni rekorda çataraq təxminən 305 min tümənə yüksəlib. Bununla da dolların üç ay əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessentin səsləndirdiyi 300 min tümənlik həddi keçəcəyi ilə bağlı proqnozu da geridə qalıb.

Son bir həftə ərzində dolların qiyməti təxminən 11 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 160 faizdən çox artıb.

Eyni zamanda, avronun məzənnəsi 331 min 700 tüməni, Britaniya funtunun qiyməti isə 396 min 500 tüməni ötüb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar