SON XƏBƏRLƏR

Bosniya və Herseqovinadan üç iranlı diplomat və bir İran vətəndaşı deportasiya edilib

2026.11.29, 18:30
Bosniya və Herseqovinadan üç iranlı diplomat və bir İran vətəndaşı deportasiya edilib

Gunaz.tv

Bosniya və Herseqovina hökuməti üç İran diplomatı da daxil olmaqla, dörd İran vətəndaşını ölkədən deportasiya edib. Həmin şəxslər 2026-cı ilin noyabrında Bosniya və Herseqovinanı tərk ediblər.

Hüseyn Mehdianfərd, Ehsan Səccadi Mənzəh, Mürtəza Fəzli və Yaser Seyidməhəmmədi Bosniya və Herseqovina hökuməti tərəfindən “arzuolunmaz şəxslər” elan ediliblər.

Onların ölkədən çıxarılmasının səbəbləri barədə indiyədək ətraflı məlumat açıqlanmayıb.

Bununla belə, üç iranlı diplomatın eyni vaxtda bir Avropa ölkəsindən deportasiya edilməsi İran hökumətinin xaricdəki diplomatik fəaliyyəti və nümayəndələrinin fəaliyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar