SON XƏBƏRLƏR

Tramp NATO ölkələrinə ultimatum verdi

2025.05.03, 12:45
Tramp NATO ölkələrinə ultimatum verdi

Amerika Prezidenti Donald Tramp NATO ölkələrinə müdafiə xərcləri ilə bağlı ultimatum verib.

Gunaz.tv

"Spiegel" portalının məlumatına görə, Tramp müdafiə xərclərinin artımı olmasa, iyunda gerçəkləşəcək NATO sammitini də buraxa bilər. Bu barədə alyansa ABŞ-nin NATO-dakı yeni səfiri Metyu Uitaker xəbərdarlıq edib. Beləliklə, o vurğulayıb ki, Amerika administrasiyası NATO üzvü olan dövlətlərdən ÜDM-in beş faizini müdafiəyə xərcləməyi tələb edir.

"Əvvəlcə almanlar hesab edirdilər ki, amerikalılar bu beş faizi ciddi nəzərdə tutmurlar, bu, sadəcə danışıqlar taktikasıdır. Amma indi Uitakerin sözünə əməl edirlər", - məlumatda belə deyilir.

Xatırladaq ki, aprel ayında bildirilmişdi ki, Avropa İttifaqı (Aİ) rəsmiləri NATO-nun bu il iyunun sonunda keçiriləcək sammitinin Amerika və ittifaq ölkələri arasında Ukrayna ilə bağlı fikir ayrılıqları səbəbindən pozulacağından ehtiyat edirlər.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar