SON XƏBƏRLƏR

Ərəb ölkələri HƏMAS-ı girov razılaşmasını qəbul etməyə məcbur edir

2025.05.08, 13:47
Ərəb ölkələri HƏMAS-ı girov razılaşmasını qəbul etməyə məcbur edir

Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, ərəb ölkələri HƏMAS-ı İsrail Silahlı Qüvvələrinin hücumunu ləngitməsi üçün girov müqaviləsini qəbul etməyə məcbur edir.

Gunaz.tv

İsrail rəsmisi "The Times of Israel" qəzetinə bildirib ki, bir çox ərəb ölkələri İsrailin Qəzzaya genişlənmiş hücumunun qarşısını almaq və ya müvəqqəti ləngitmək üçün HƏMAS-ı daha bir girovların azad edilməsinə dair razılaşmanı qəbul etməyə sövq edir.

"İndi Ürdün da daxil olmaqla, bir çox ərəb ölkəsindən çoxlu təzyiq var. Bütün bölgə onlara bir növ razılaşma üçün təzyiq edir," - İsrail rəsmisi "The Times of Israel" qəzetinə bildirib.

Xatırladaq ki, İsrail Qəzza zolağının əhəmiyyətli hissələrini nəzarətə götürmək, HƏMAS-ı məğlub etmək və bütün girovların azad edilməsini təmin etmək məqsədi daşıyan böyük hərbi hücum olan “Gideonun arabaları” əməliyyatına başlayacağını elan edib. 

İddialara görə, İsrail Amerika prezidenti Donald Trampın gələn həftə Yaxın Şərqə səfər edəcəyi vaxta qədər HƏMAS ilə yeni girov müqaviləsi bağlamağa çalışır. Əks halda “Gideonun arabaları” əməliyyatı Donald Trampın Yaxın Şərqə səfərindən sonra başlaya bilər.

 

 

Şahin Elxanoğlu

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar