SON XƏBƏRLƏR

Amerika Fələstini tanıya bilər - HƏMAS olmadan...

2025.05.10, 13:22
Amerika Fələstini tanıya bilər - HƏMAS olmadan...

Amerika Birləşmiş Ştatları müstəqil Fələstin dövlətini tanıdığını elan edə bilər, lakin HƏMAS-ın iştirakı olmadan.

Gunaz.tv

GünazTV Publika.az-a istinadla xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

"Amerika prezidenti Donald Tramp Fələstin dövlətinin yaradılması və onun Amerika tərəfindən tanınması məsələsi ilə bağlı mövqeyi ilə bağlı açıqlama verəcək. Xüsusilə, Amerikanın HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətini tanımaq niyyəti açıqlanacaq", - məlumatda deyilir.

Mənbənin sözlərinə görə, Amerika HƏMAS-ın yeni Fələstin dövlətinin idarə olunmasında iştirak edə bilməyəcəyi şərtini irəli sürəcək. Amerika prezident administrasiyası Ər-Riyadda keçiriləcək sammitdə Fələstinin tanınması imkanını nəzərdən keçirir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar