Ana dili hərəkatının fəalı Əlirza Fərşi məhkəməyə çağırılıb

08.09.2022, 03:56

Tibbi məzuniyyətdə olan Əlirza Fərşinin sosial media hesabında yayılan məlumata görə, o, məzuniyyət dövrünün bitdiyi üçün prokurorlua çağırılıb.

Gunaz.tv Quote | Gunaz article

Qeyd edək ki,  ana dili hərəkatı fəalı Əlirza Fərşinin barəsində yeni cinayət işi açılıb və o, bir neçə gün öncə "Böyük Tehran" zindanının başqa 8 keçmiş məhbusu ilə birlikdə əlavə olaraq 11 ay 15 gün həbs və 50 şallaq zərbəsinə məhkum edilib.

Əlirza Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social