SON XƏBƏRLƏR

Dünya üzrə qızlar üçün ən birinci məktəb Marağa şəhərində olub

2024.05.07, 12:56
Dünya üzrə qızlar üçün ən birinci məktəb Marağa şəhərində olub

Livanlı prof. Frans Brovin dünya üzrə qızlar üçün ən birinci məktəbin Marağada təsis edildiyini və adının “Sörköktəni Bəki” olduğunu deyib.

Gunaz.tv

Güney Azərbaycanın Marağ şəhərində ixtisaslaşmış tərzdə elmin tədris tarixçəsi Elxanlılar çağına dayanır və elmin öyrədilməsində qızlara da təhsil üçün yer verilib. 

Marağanın elm tədrisi üzrə qabaqcıl olması Xacə Nəsirəddin Tusi çağında Marağada oservatoriyanın tikilməsi ilə başlanıb. Oservatoriyada 400 min cild kitab olub və çağın ən məşhur alimləri orada tolaşıbmışlar. 

Azər Əmcümən xəbər portalının məlumatına əsasən “Marağa Dar-ül-Mülkü” kitabının müəllifi, tarixçi Əsğər Məhmmədzadə qızlara məxsus “Sörköktəni Bəki” mətkəbi barədə danışıb.

“Həmin məktəb Elxanlılar çağında fəaliyyət göstərən məktəblərdən biri olub. Livanlı prof. Frans Brovin dünya üzrə qızlar üçün ən birinci məktəbin Marağada təsis edildiyini irəli sürüb və adının “Sörköktəni Bəki” olduğunu deyib. 

“Sörköktəni” Hülaküxanın anası olub. Hülaküxan Buxarada qızlar üçün məkətb tikdirməyə nail ola bilmədiyinə görə onu Marağada tikdirə bilib” tarixçi Əsğər Məhmmədzadə deyib. 

Taymaz 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar