SON XƏBƏRLƏR

İsrail Rəfah bölgəsini evakuasiya etməyə çağırdı

2024.05.06, 13:12
İsrail Rəfah bölgəsini evakuasiya etməyə çağırdı

Günaz.tv xəbər verir ki, İsrail müharibə səbəbindən qaçqın düşmüş insanların sığındığı Rəfah şəhərinin bəzi hissələrini boşaltmağa çağırıb.

Gunaz.tv

Bu, Qəzza zolağının cənubundakı Həmas məntəqələrinə uzun müddətdir planlaşdırılan hərbi əməliyyatın yaxın zamanda başlamasına işarə ola bilər.

Ərəbcə mətn mesajları, telefon zəngləri və flayerlər vasitəsilə İsrail ordusunun 20 km uzaqlıqdakı "genişlənmiş humanitar zona" adlandırdığı yerə evakuasiya etmək göstərişi verildi.

Qəzzanı idarəsi altında saxlayan Həmas rəsmisi Reuters agentliyinə bildirib ki, evakuasiya əmri "İsrailə qarşı ağır nəticələr ilə sonlana bilər".

İsrail ordusu “məhdud əhatəli” əməliyyat çərçivəsində Rəfah sakinlərini təxliyə etməyə təşviq etməyə başladığını bildirib. İsrail tərəfindən buna dəqiq səbəb göstərmədi.

HƏMAS-a qarşı apardığı müharibədən 7 ay sonra İsrail minlərlə Həmas döyüşçüsü və onlarla potensial girovu sığındıran Rəfaha əməliyyat planlaşdırır. İsrail rəsmiləri dəfələrlə bildiriblər ki, Rəfahı almadan qələbə mümkün deyil.

Qərb gücləri və qonşu dövlətlər bu əməliyyatın yüksək insan itkisi ilə nəticələnə biləcəyindən ehtiyat edir. İsrail və HƏMAS arasında barışıq danışıqlarının yeni raundunda vasitəçilik etməyə hazırlaşırlar. Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu girovların azad edilməsi müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlamışdır.

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar