SON XƏBƏRLƏR

Rusiya mətbuatından növbəti təxribat . "Pravda" qəzeti Dağlıq Qarabağı "tarixi Ermənistan torpağı" kimi təqdim edir

2021.10.20, 07:36
Rusiya mətbuatından növbəti təxribat . "Pravda" qəzeti Dağlıq Qarabağı "tarixi Ermənistan torpağı" kimi təqdim edir

Gunaz.tv
shusha03.jpg Rusiya mətbuatından növbəti təxribat "Pravda" qəzeti Dağlıq Qarabağı "tarixi Ermənistan torpağı" kimi təqdim edir Azərbaycana münasibətdə tarixi ənənələrini davam etdirən "Pravda" qəzeti mayın 28-də yayımlana sayında növbəti dəfə ölkəmizə qarşı qərəzli mövqeyini ortaya qoyub. "Pravda"nın yazarı Lina Viskuşenkonun qələmə aldığı "Ümumi bayramı qeyd edən Azərbaycan və Ermənistan yeni fırtına qarşısında" məqaləsi ilk baxışda ötən əsrin əvvələrində baş verən hadisələrlə bağlı tarixi faktların özünəməxsus şəkildə sıralanmasından ibarət olsa da, mahiyyət etibarilə ermənilərin mövqeyini ifadə edir. Lina Viskuşenkonun Güney Qafqazın istiqlal tarixi ilə bağlı Rusiyanın maraqların əks etdirən səfsəfələrinə xüsusi diqqət yetirməyəcəyəm. Güman edirəm, yazının bizim üçün önəm daşıyan hissələrindən seçilən bir neçə cümlə Kremlin imperiya maraqlarının təbliğatçısı funksiyasını yerinə yetirən "Pravda" qazetinin əsil məqsədini bir daha aşkara çıxaracaq: "1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası və Ermənistan Respublikası elan olundu. 1918-ci il may ayının sonunadək Dağlıq Qarabağ Yelizavetpol quberniyasının tərkibinə daxil idi. Azər Bu şərtlərlə də Azərbaycan hökuməti yeni yaradılmış Azərbaycan Demokratik Respublikasının tərkibinə Bakı və Yelizavetpol quberniyalarını da daxil etdi. Bu aktla Azərbaycan erməni əhalisinin üstünlük təşkil etdiyi və tarixi Ermənistan torpaqları olan Qarabağ və Zəngəzuru özünə birləşdirməyə cəhd göstərdi. Ancaq Dağlıq Qarabağ və Zəngəzur xalqı Azərbaycanın suveren hüquqlarını tanımaqdan imtina etdilər. Bu ərazilərdə milli uyezd şuraları hakimiyyəti öz əllərinə aldılar və Azərbaycana qarşqı mübarizənin təşkilinə, həmçinin həyata keçirilməsinə başladılar. 1918-ci il iyulun 22-də Şuşqada Qarabağ ermənilərinin birinci qurultayı çağırıldı və Dağlıq Qarabağ müstəqil inzibati-siyasi ərazi elan olundu, 7 nəfərdən ibarət milli şura və xalq hökuməti seçildi. Bu hadisədən sonra, Azərbaycan hökuməti Dağlıq Qarabağı türk qoşunlarının köməyilə öz ərazisinə daxil etməyə cəhd göstərdi. 1918-ci il sentyabrın 15-də Türk ordusu Bakıya daxil oldu. Şəhərin erməni əhalisinin kütləvi qırğını başladı... Daha sonra Türk-Azərbaycan ordusu vilayətin paytaxtı Şuşanı darmadağın etdi. Şəhər yer üzündən silindi. Müharibənin gedişində erməni tarixi və memarlığına məxsus onlarla kilsə və digər abidələr məhv edildi...". Nə qədər ağır olsa da, müəllifin, daha doğrusu "Pravda" qəzetinin və şübhəsiz ki, rəsmi Moskvanın ovqatının əks etdirən bu yazının üslubuna toxunmamağa çalışdıq. Ola bilsin ki, Rusiyanın simasında hələ də Azərbaycana "dost" axtarmağa çalışan bəzi dairələrin həqiqəti görə bilmələrinə yardımçı olduq... Hərçənd ki, buna zərrə qədər də inamımız yoxdur. Çünki gerçək vətənpərvərlik hissi tərbiyə olunmur. Bu qan yaddaşı ilə birbaşa bağlı olan məsələdir! Hər halda, bu yazı bir daha sübut edir ki, Rusiya ilə Ermənistanın Azərbaycana, onun tarixinə münasibəti qətiyyən fərqlənmir. Çünki onları da ortaq tarix birləşdirir. Azərbaycan türklərinin qanına ermənilərlə bərabər rus şovinistilrinin əli bulaşıb və bu qanın izləri min il sonra da yaddaşlardan silinməyəcək. Rusiya ilə Ermənistan Azərbaycana, Türkiyəyə, bütövlükdə Türk Dünyasına qarşı hər zaman eyni mövqeydən çıxış ediblər və təəssüf ki, bu amansız "tarixi ənənə" bu gün də davam etdirilir. Gözünüzü açın, cənablar! Nostalji hissləri, romantik və sentemental duyğuları bir kənara qoyun. Solavyovların, Dostayevskilərin və onlarca fikir adamının islah etməyə çalışdığı Rusiya hələ də dəyişməyib. Saatlarınızın əqrəbini Bakı vaxtıyla dəqiqləşdirin. Kremlin zəngli saatı yenə "qannnn", "qannn" deyir... www.xalqcebhesi.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar