SON XƏBƏRLƏR

Zənganda dəhşətli hadisə: Təhlükəsizlik məmurları 8 yaşlı azərbaycanlı qızı güllələyib

2022.01.22, 08:49
Zənganda dəhşətli hadisə: Təhlükəsizlik məmurları 8 yaşlı azərbaycanlı qızı güllələyib

Gunaz.tv

Sosial media fəalları və insan haqları təşkilatlarının verdiyi məlumata görə, qanlı hadisə zamanı onun 16 yaşlı bacısı ağır yaralanıb.

Məlumatda bildirilir ki, azərbaycanlı ailə Qərbi Azərbayacan əyalətinin Makı şəhərinin Molla Həsən kəndindəndirlər.

Ana, iki qızı və oğlu Tehran şəhərində yaşayan qohumlarının görüşünə gedirmiş.

Onun 16 yaşlı yaralı bacısının isə vəziyyəti ağırdır. Yaralı qız xəstəxananın reanimasiya bölməsində yerləşdirilib.

Sosial media fəallarının bildirdiyinə görə, silahlı məmurlar heç bir xəbərdarlıq etmədən minik avtomobilinə atəş açıblar.

Dünyasını dəyişən Məzgin Pələnginin cənazəsini ailəsinə təhvil verməkdən imtina edirlər.

C.E   
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar