SON XƏBƏRLƏR

Ukraynanın Kupyansk şəhəri istiqamətində şiddətli döyüşlər gedir

2024.04.27, 14:43
Ukraynanın Kupyansk şəhəri istiqamətində şiddətli döyüşlər gedir

Hazırda Ukraynanın Kupyansk şəhəri istiqamətində şiddətli döyüşlər gedir, qarşı tərəf hücumların intensivliyini artırıb.

Gunaz.tv

Bu barədə “Xortitsa” Operativ-Strateji Qruplaşmasının nümayəndəsi Nazar Voloşin telemarafon zamanı bildirib.

O deyib ki, ötən sutka ərzində müxtəlif atəş nöqtələrində 94 silahlı toqquşma qeydə alınıb, hazırda isə qızğın döyüşlər əsasən Novopavlovsk, Baxmut və Avdeyevka ətrafında gedir.

Ukrayna ordusu Liman istiqamətində 14, Kupyansk ətrafında isə 10 hücum cəhdinin qarşısını alıb.

N.Voloşinin sözlərinə görə, qarşı tərəf Çasov Yar ərazisini intensiv atəş altında saxlasa da, vəziyyət tamamilə nəzarətdədir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar