SON XƏBƏRLƏR

Bəluclar bölgənin içməli su təminatına olan lıaqeyd münasibətə görə etiraz eyləmi keçiriblər

2024.04.27, 12:40
Bəluclar bölgənin içməli su təminatına olan lıaqeyd münasibətə görə etiraz eyləmi keçiriblər

Kanardan, Banadaran, Ziyarət və Sirik bölgələrinin bəluc əhalisi hakimiyyətin bölgənin su təmini probelminə laqeyd yanaşdığına etiraz aksiyası keçiriblər. 

Gunaz.tv

Sistan və Bəluçistan Əyalətinin Sirik rayonu, Kanardan, Ziyarət və sair bölgə sakinləri aprelin 26-ı aksiya keçiriblər. 

İştirakçılar İsfahana dəniz suyunun çatdırılamsı məqəsədi ilə İran üzrə ən iri şirin su təsisatının istismara verilməsinə baxmayaraq bəluc bölgəsinin susuzluq probleminə laqeyd yanaşılmasına etirazlarını bildiriblər.

Aksiyaçılar əllərində plakatlar daşıyaraq İsfahana dəniz suyunun çatdırılamsı məqsədi ilə Əyalətin Giyavan rayonunda şirin su stansiyasının salınmasına etirazlarını bildiriblər. 

Aksiyaçılar üzərində “ Sirik əhalisnin həyatı hesabına İsfahana su” və “İsfahan sənayesi üçün şirinsu təsisatına Yox!” yazılmış plakatlar daşıyıblar.

İsfahan şəhərinə Körfəzdən dəniz suyunun çatdırıldığı bir halda Sistan və Bəluçistan Əyaləti və qeyri-farsların yaşadıqları digər əyalətlərdə su problemlərinin həllinə ciddi tədbirlər görülmür. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar