SON XƏBƏRLƏR

ABŞ İranın əleyhinə yeni sanksiyalar tətbiq edib

2024.04.26, 12:29
ABŞ İranın əleyhinə yeni sanksiyalar tətbiq edib

ABŞ İranın Rusiyaya PUA köməklikləri ilə əlaqədar aprelin 25-də yeni sanksiya qərara alıb.

Gunaz.tv

ABŞ Maliyyə Nazirliyinin Xarici Vəsaitlərə Nəzarət Baş İdarəsinin bəyanatına istinadən yeni sanksiyalar “Puya” Hava Yolları (Pouya Air), 8 şəxs, 5 gəmi və 16 qurumun  fəaliyyətlərinə təsir edəcək.

“Puya Air” Cəmiyyətinin daşıma təyyarəsi İrandan Rusiyaya PUA və müvafiq hissələrin daşınmasını həyata keçirdiyinə görə yeni sanksiyaya daxil edilib. “Puya” Hava Yollarınn özü  12 il əvvəl İranın Orta Şərqdə proksi qüvvələrinə silah daşıdığına görə sanksiya siyahısına daxil edilmişdi.

Bəyanata əsasən onlar İranın Müdafiə Nazirliyi üçün məxfi PUA satışlarının asanlaşdırılması və maliyyə təmini üzrə əsas rola malikdirlər.

Bəyanatda bildirilir ki, “Tondar Sahra” Cəmiyyəti Rusiyaya göndərilməklə Ukraynaya qarşı müharibəsində istifadə olunun minlərlə PUA-nın dizaynı, inkişaf etdirilməsi, istehsalı və satışında əsas rolu olduğuna görə sanksiyaya məruz qalıb.

PUA, dördkopter (Quadcopter), mühərrik, elektron və rəqəmsal hissələr istehsal edən özəl “Bünyan Daniş Şərq” Cəmiyyəti sanksiya qoyulmuş digər iranlı cəmiyyətdir. 

Cəmiyyət SEPAH-ın Tədqiqat və Özünütəmin Təşkilatının ticarət vasitəçisi hesab olunur.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar