SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda enerji qıtlığı yaşanır

2024.04.26, 15:30
Şərqi Azərbaycanda enerji qıtlığı yaşanır

Əyalətdə işıq, su və qazın çatışmazlığı inkişafa mane olub, ona görə də bərpa olunan enerji sahəsinə sərmayə yatırmaq üçün investorları və ya xarici mənbələri cəlb etmək zəruridir.

Gunaz.tv

Bu sözləri Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə deyib.

O,  Milli İnkişaf Fondundan Şərqi Azərbaycan əyalətinə ən az pay ayrıldığına diqqət çəkib.

Yunis Jailə Milli İnkişaf Fondunun resurslarının heç olmasa 5%-nin Şərqi Azərbaycana, xüsusilə də bərpa olunan enerji sahəsinə ayrılmasını istədiklərini söyləyib.

Ticarət Palatasının başçısı bu il bank faizlərinin 38%-ə yüksəlməsinə toxunub və bu artımın təsərrüfat subyektləri üçün bir çox problemlər yaradacağı barədə xəbərdarlıq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar