SON XƏBƏRLƏR

Mütəhhəri: “Ruhaninin benzin məsələsi barədə fikirləri günahdan da betər üzrxahlıqdır”

2021.10.20, 07:36
Mütəhhəri: “Ruhaninin benzin məsələsi barədə fikirləri günahdan da betər üzrxahlıqdır”

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatı Əli Mütəhhəri prezident Həsən Ruhaninin benzinin bahalaşacağı vaxtı öncədən bilmədiyi ilə bağlı səsləndirdiyi fikri tənqid edib.

 

Həsən Ruhani noyabrın 27-də Şərqi Azərbaycan əyalətinə etdiyi səfər zamanı etdiyi çıxışda benzinin qiymətinin qaldırılacağının dəqiq tarixini öncədən bilmədiyini, xalq kimi bu barədə qərar elan edildikdən sonra bundan xəbər tutduğunu bildirmişdi.

 

Əli Mütəhhəri Ruhaninin fikirlərinə bildirdiyi münasibətdə prezidentin üzrxahlığının günahından da betər olduğunu deyib.

 

“Prezident ölkədə icra aparatının rəhbəridir. Ona görə də, benzinin qiymətinin qaldırılması məsələsi gündəmdə olanda onun detallarına müdaxilə etməli, hər şeydən öncə isə, xalqla söhbət etməli, qərarın hansı zərurətdən doğduğunu onlara açıqlamalı idi. Yanacağın bahalaşdırılmasını bu qədər sürətli şəkildə həyata keçirməməli idi. Prezident xalqa bu cür sürpriz etmək əvəzinə, onların şəxsiyyəti və mənliyinə hörmət qoymalı idi”, - deyə Mütəhhəri əlavə edib.

 

Millət vəkili qeyd edib ki, yanacağın bahalaşdırılmasına görə Daxili İşlər Nazirliyi, Ali Milli Təhlükəsizlik Şurası və Dövlət Teleradio Şirkəti məsuliyyət daşıdığından, Daxili İşlər nazirinin Parlamentdə dindirilməsi agendaya daxil edilib.

 

Xatırladaq ki, noyabrın 15-də İranın demək olar ki, bütün bölgələrində rejimin benzini bahalaşdırmasına qarşı xalq nümayişləri başlanmışdı. Etirazların 2-ci günü, yəni noyabrın 16-dan etibarən rejim ölkə ərazisində interneti kəsməklə, xalqa qanlı divan tutmağa başlamışdı. Nəticədə qeyri-rəsmi mənbələrin bəzilərinə əsasən, 140-dan çox, digərlərinə görə isə, 250-dən çox insan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar