SON XƏBƏRLƏR

Muğanın millət vəkilinin korrupsiya əməllərini ifşa edən sosial media fəalı şallaqlanıb

2022.01.22, 13:35
Muğanın millət vəkilinin korrupsiya əməllərini ifşa edən sosial media fəalı şallaqlanıb

Gunaz.tv

Qeyd  edək ki, onun barəsində qərar Muğan (Parsabad) bölgəsinin İran parlamentindəki nümayəndəsi Abbas Cahangirzadənin şikayəti əsasında çıxarılıb.

Şapur Vuqar “millət vəkilini təhqir etmək”də ittiham olunub və 74 şallaq zərbəsi ilə yanaşı 10 milyon tümən maddi cəriməyə məhkum edilib.

Məlumatda qeyd olunur ki, Şapur Vuqar həmçinin “hökumət məmurlarını təhqir etmək”, “yalan və töhmət xarakterli məlumatlar yaymaq” ittiham edilir. Muğannın İnqilab Məhkəməsinin birinci istintaq bölməsinə çağrılan Şapur Vuqarın həbs olunma ehtimalı yüksəkdir.

Güneyli jurnalist bölgənin parlamentdəki nümayəndəsi Abbas Cahangirzadənin və yaxınlarının korrupsiya əməlləri və vəzifədən su-istifadə etmələri ilə bağlı yaydığı ifşaedici məlumatlara görə hədəf alınıb.

C.E 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar