SON XƏBƏRLƏR

İranın 3 şəhərində daha 10 nəfər edam həyata keçirilib

2024.05.02, 14:19
İranın 3 şəhərində daha 10 nəfər edam həyata keçirilib

Kərəc, Xurrəmabad və İsfahan şəhərlərinin həbsxanalarında edam edilən daha 10 nəfərin kimliyi məlum olub.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, edam olunanlar narkotik maddələrin qaçaqmalçılığı və adam öldürməkdə günahlandırılıblar.

Qeyd edək ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.  

2023-cü ildə isə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar