Ermənistan prezidenti: “Azərbaycanla danışıq aparmaqdan başqa yol yoxdur”

21.01.2022, 17:10

“Ermənistan və Azərbaycanın danışıqlar platforması - ATƏT-in Minsk qrupunun həmsədrliyi var idi. Təəssüf ki, bu danışıqlar nəticə vermədi və müharibə başladı, bu, ən pis variant idi”.

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri “Sky News Arabia” telekanalına müsahibəsində Ermənistan prezidenti Armen Sarkisyan deyib.

O, II Qarabağ müharibəsi zamanı minlərlə erməni gəncin həyatını itirməsinə çox təəssüfləndiyini vurğulayıb:

“Yeni ildən əvvəl mən həlak olmuş oğullarımızın dəfn edildiyi Yerablur qəbiristanlığında oldum. Bu dünyada ən çətin şey 18-19 yaşlı övladlarının itkisinə ata-anasının yas tutmasını görməkdir. Halbuki, danışıqlar və diplomatiya yolu ilə, gənclər həyatlarını itirmədən bu problemi həll edə bilmək mümkün idi.

İndi atəşkəs bağlanıb, amma yekun sülh müqaviləsi yoxdur, danışıqlar gedir, bunu Ermənistan tərəfdən hökumət və baş nazir, Azərbaycan tərəfdən isə Azərbaycan prezidenti aparır, Rusiya da vasitəçidir. Ümid edirəm ki, bu danışıqlar nəticəsində biz davamlı və praqmatik sülh əldə edəcəyik.

İnanıram ki, bu dəfə Azərbaycan və Ermənistan kompromislər yolu ilə sülhü bərqərar edə biləcəklər. Amma bu, asan deyil”.

Ermənistanın Türkiyə ilə əlaqələrinə toxunan Armen Sarkisyan deyib: 
“Yenə də inanıram ki, bu halda da danışıq aparmaqdan başqa yol yoxdur. Ermənistan və Türkiyə vaxtilə - 2009-cu ilin oktyabrında danışıqlar aparmağa cəhd etmişdilər və hətta Sürixdə protokol da imzalamışdılar. 

Mən də o vaxt bir neçə səbəbə görə məsələyə şübhə ilə yanaşırdım. 

Bunlardan biri odur ki, o danışıqlarda Türkiyə tərəfində Azərbaycanın iştirakı yox idi. Halbuki,  Ermənistanın Azərbaycanla problemləri var idi, Azərbaycanın iştirakı olmadan Türkiyə ilə razılaşma mümkün deyildi. 

Erməni tərəfdən də danışıqlarda diaspor iştirak etmirdi. Erməni diasporu böyük ölçüdə "soyqırımı" məsələsi nəticəsində formalaşıb. Diasporun köməyi olmadan Ermənistanın hansısa prezidenti və ya baş naziri necə müqavilə imzalaya bilərdi?

Ermənistan kiçik ölkədir, lakin bütün dünyaya səpələnmiş xalqdır. ABŞ-da və ya Rusiyada Ermənistandakı qədər erməni yaşayır...”.

Erməni prezident deyib ki, sabit gələcəyə aparan yol danışıqlardan keçir:

"Ümid edirəm ki, bir gün ermənilər və türklər bu məsələdə uğur qazanacaqlar, lakin bunu etmək üçün tarixi reallıqları nəzərdən qaçıra bilmərik. 

Uğur qazanmaq üçün Ermənistan və Türkiyə arasında, eləcə də regionda sabit və güclü əlaqələr qura bilmək üçün praqmatik olmalıyıq”. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhkəmə Abbas Lisaninin yenidən tibbi ekspertizaya getməsini istəyib

2022-05-28

gun az article

Urmulu milli fəal dindirilib

2022-05-28

gun az article

Təbriz universiteti Türkiyə ali məktəbləri ilə əməkdaşlıq edəcək

2022-05-28

gun az article

Tehranda güneyli ziyalı Həsən Raşidi hücuma məruz qalıb

2022-05-28

gun az article

Şəbistərdə tarixi Qoç daşları oğurlanıb-VİDEO

2022-05-28

gun az article

Əhərdə iki alpinist həyatını itirib

2022-05-28

gun az article

“Körpü”də müzakirə: “Abadan xalqının etirazları və fars olmayan xalqların həmrəyliyi"-VİDEO

2022-05-28

gun az article

“Körpü” proqramında müzakirə: “28 May müstəqillik bayramı”-VİDEO

2022-05-28

gun az article

"Başqa ölkələrdən dəvətlər var, amma Təbrizdə qalmaq istəyirəm"-Ərtoğrul Sağlam

2022-05-28

gun az article

Həmədan əyalətində səhralaşma sürətlə artır

2022-05-27

gun az article

Güclü daşqın Ərdəbil kəndlərinə ciddi ziyan vurub

2022-05-27

gun az article

Qəzvində tarixi əsər qaçaqmalçıları həbs edilib

2022-05-27

gun az article

"Ərk"-Azərbaycan İnsan Haqları Təşkilatı güneyli fəallarla bağlı müraciət edib

2022-05-27

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi fəlakət: Səbəblər və gələcək”-VİDEO

2022-05-27

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qaşqay türkləri”-VİDEO

2022-05-27

gun az article

Vərziğanda qədim qayaüstü rəsm əsərləri tapılıb

2022-05-26

gun az article

Təbriz və Bursa qardaşlaşmış şəhər olacaq

2022-05-26

gun az article

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022-05-26

gun az article

"Traxtur" Şiraz klubunu məğlub edib

2022-05-26

gun az article

Sulduzda "May qiyamı" qurbanlarının xatirəsi anılıb

2022-05-25