Urmu gölünün bərpası məqsədilə imzatoplama kampaniyası başlayıb

29.06.2022, 08:58

Məhv olmaqda olan Urmu gölünün qurumasının qarşısının alınması və bərpası üçün tədbirlərin görülməsi tələbi ilə imzatoplama kampaniyası başladılıb.

Gunaz.tv Quote | Gunaz article

İran prezidenti, İslami Şura Məclisinin başçısı, parlamentin Ətraf Mühit, Su, Kənd Təsərrüfatı və Təbii Ehtiyatlar komissiyalarının, Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçılarına ünvanlanan müraciətdə baş verən ekoloji fəlakətin qarşısının alınması üçün əməli addımların atılması tələb edilib.

"Urmu gölünün narahatedici quraqlıq şəraiti, onun Qərbi və Şərqi Azərbaycan əyalətlərində göl ətrafındakı irili-xırdalı şəhərlərdə insanların həyatı ilə bağlı fəlakətli nəticələri, habelə yüzlərlə heyvan növünün məhv edilməsi və ekoloji faciələr səbəbindən ilgili qurumların məsələyə təcili müdaxiləsi vacibdir.

Duz fırtınaları, bölgənin ekosisteminin məhv olması, yeraltı su quyularının quruması və bir çox başqa fəsadlar əvvəlki və indiki hökumətlərin gölün dirçəldilməsinə etinasız yanaşmasının və məsuliyyətdən yayınmasının nəticəsidir.

Ətraf mühit fəallarının, tədqiqatçıların və mütəxəssislərin quraqlığın nəticələri və Urmu gölünün bərpası strategiyaları haqqında rəylərinə əsaslanaraq, bu milli sərvətin qorunması üçün xalqın bununla bağlı tələblərinə diqqət yetirin"-deyə, müraciətdə bildirilib.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Əkbər Fəthi artıq 90 faizi qurumuş Urmu gölü su hövzəsində səhralaşma prosesinin sürətləndiyini bildirib.

"Əgər bir gün kimsə Şərqi Azərbaycanda səhralaşma olacağını desəydi kimsə buna inanmazdı. Ancaq bu gün Urmu gölü su hövzəsində artıq səharanın olduğunu görürük"-deyə, Fəthi bildirib.

Özəlliklə son vaxtlar quraqlıq və Urmu gölünün quruması nəticəsində bölgənin bitki örtüyü ciddi şəkildə məhv olub və ətraf əyalətlərdə toz və duz fırtınaları ekoloji problemlərə gətirib çıxarıb.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"Qızıl hisar" zindanında 46 məhbus edam ediləcək

2022-08-10

gun az article

Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq"

2022-08-10

gun az article

CNN: "İrandakı Rusiya nümayəndələri İran pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçiblər"

2022-08-10

gun az article

İranda təqaüdçülər etiraz aksiyası keçirib

2022-08-10

gun az article

İsrail mənbələri: "Rusiya-İran peyki İsrailin və Qərbin maraqlarına zərər vura bilər"

2022-08-10

gun az article

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb

2022-08-09

gun az article

Krımda hərbi aerodromda partlayışlar olub

2022-08-09

gun az article

Ərazi bütövlüyü tam təmin olunacaq - Ceyhun Bayramov

2022-08-09

gun az article

İlham Əliyev Şimali Kipr prezidentini qəbul edib

2022-08-09

gun az article

İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

2022-08-09

gun az article

QHT BMT qurumuna üzv qəbul olundu

2022-08-09

gun az article

İranda şiddətli quraqlıq xərərdarlığı

2022-08-09

gun az article

"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

2022-08-09

gun az article

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

2022-08-09

gun az article

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin-Millət vəkili

2022-08-09

gun az article

Rusiya İranın “Xəyyam” peykini orbitə buraxıb

2022-08-09

gun az article

İranda bəhailərin təhsilinə imkan verilmir

2022-08-09

gun az article

ATƏT-in baş katibi: "Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir"

2022-08-09

gun az article

İranda daha bir işçi intihar etdi

2022-08-09

gun az article

Yəməndə iranlı hərbçilər həlak olub

2022-08-09