SON XƏBƏRLƏR

İranda şagirdlərə qarşı zorakılıq faktları gizli saxlanılır

2024.05.18, 14:26
İranda şagirdlərə qarşı zorakılıq faktları gizli saxlanılır

İran məktəblərində şagirdlərə qarşı fiziki güc tətbiqi və zorakılıq halları gizli saxlanılır və bu barədə faktların ictimailəşdirilməsinə icazı verilmir.

Gunaz.tv

Bu barədə Uşaq Hüquqlarını Müdafiə Assosiasiyasının nümayəndəsi və vəkil Faizə Rzazadə deyib.

O, xüsusən son vaxtlar zorakılıq halları ilə bağlı daxil olan şikayətlərin məhkəməyə çıxarılmaması üçün insan haqları müdafiəçiləri və zorakılığıa məruz qalan şagirdlərin ailələrinə təzyiq gösdtərildiyini söyləyib.

Qeyd edək ki, Təhsil Nazirliyi məsələ ilə bağlı rəsmi məlumat verməkdən imtina edir, döyülən şagirdlərin statistikasını açıqlamır.

Müstəqil hüquq müdafiəçiləri isə şagirdlərə qarşı təzyiqlərin artdığını, xüsusən dini mərkləz və məktəblərdə cinsi zorakılıq faktlarının aşkarlandığını bildirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar