SON XƏBƏRLƏR

Məlikanda məhkumun şallaq cəzasının icra edilib

2024.05.18, 09:00
Məlikanda məhkumun şallaq cəzasının icra edilib

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində məhkum barədə çıxarılan şallaq cəzası icra edilib.

Gunaz.tv

Bu barədə yerli insan haqları müdafiəçiləri məlumat yayıb.

Bildirilib ki, Səidullah Ağacani adlı azərbaycanlıya 80 şallaq zərbəsi vurulduğuna görə o huşunu itirib.

"Saxtakarlıq"da günahlandırılan məhkumun İran-İraq müharibəsində həlak olan Bağır Aqacaninin oğludur.

Qeyd edək ki, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt şallaq cəzasını qeyri-insani və ləyaqəti alçaldan cəza növü kimi dəyərləndirib, icrasını qadağan edib.

Buna baxmayaraq, İran hələ də alçaldıcı və qadağan edilmiş cəzalardan istifadə edən azsaylı ölkələrdən biridir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar