SON XƏBƏRLƏR

İran paytaxtında təhlükəsizlik tədbirləri gücləndirildi

2024.05.19, 21:31
İran paytaxtında təhlükəsizlik tədbirləri gücləndirildi

Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra İranın paytaxtı Tehranda təhlükəsizlik tədbirləri gücləndirilib.

Gunaz.tv

Bu barədə “Əl-Ərəbiyyə" yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, paytaxtın müxtəlif bölgələrində təhlükəsizlik və polis qüvvələrinin sayı artırılıb.

Bununla yanaşı Azərbaycanın bir neçə şəhərində, o cümlədən Təbriz, Əhər, Kəleybərdə də təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Xilasedicilər hələ də qəza yerini tapmayıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar