SON XƏBƏRLƏR

İranda Azərbaycana qarşı təbıiğat genişlənib

2024.05.15, 15:40
İranda Azərbaycana qarşı təbıiğat genişlənib

Xüsusən son həftələr İran mediası, ekspertlər və mollalar Azərbaycan Respublikasına qarşı təbliğatlarını yenidən artırıblar.

Gunaz.tv

Bununla bağlı müxtəlif səviyyələrdə iş aparılır.

Bu qəbildən olan çıxışlardan biri də İran parlamentinin üzvü, rəfsəncanlı molla Hüseyn Calali tərəfindən səsləndirilib.

O, Azərbaycan Respublikasının İsraillə münasibətlərini tənqid edib, buna görə susmayacaqlarını deyib.

Calali Qəzzada baş verənlərə görə Azərbaycan hökumətinin İsrailə etiraz etməməsini pisləyib, bunun qəbul edilməz olduğunu söyləyib.

Rəfsəncanlı molla Azərbaycanda İrana bağlı şəxslərin saxlanılmasından narahatlığını ifadə edib.

"Azərbaycan hökuməti Azərbaycanda inqilabi və müqavimət qruplarının yaranmasının qarşısını alır. Azərbaycan hakimiyyətinin bu dözülməz davranışı dəyişilməzsə, Azərbaycan şiələri özləri başqa qərarlar da verə bilərlər",- deyə, Calali, radikal qruplaşmalarının təşkilatlanmasına imkan vermədiyinə görə rəsmi Bakını ittiham və təhdid edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar