SON XƏBƏRLƏR

Evin həbsxanasında saxlanılan siyasi məhbusların həyatı təhlükədədir

2024.05.17, 13:00
Evin həbsxanasında saxlanılan siyasi məhbusların həyatı təhlükədədir

İran həbsxanalarında siyasi məhbuslara qarşı təzyiqlər və onların həyatına laqeydliklə bağlı növbəti fakt yayılıb.

Gunaz.tv

Bununla bağlı yerli insan haqları fəalları həbsxanadakı mənbələrə istinadən məlumat yayıblar.

Bildirilib ki, Tehranın Evin həbsxanasın 8-ci bölməsində gigiyenik problemləri siyasi məhbusların sağlamlıqlarını təhdid edir.

Gigiyenik qaydalarının qorunması üçün şərayit olmadığına görə, bölmədə müxtəlif zərərli həşəratların yayıldığı qeyd olunub.

Məhbusların insan haqları fəallarına yazdıqları məktubda problemlə bağlı həbsxana rəhbərliyinə müraciətlərinin cavabsız qaldığı deyilib. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar