SON XƏBƏRLƏR

Təbriz və Urmu həbsxanalarında 6 nəfər edam edilib

2024.05.18, 11:41
Təbriz və Urmu həbsxanalarında 6 nəfər edam edilib

Mayın 17-də Urmu həbsxanasında 5, Təbriz həbsxanasında isə bir məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlər narkotik maddələrin qanunsuz alverində günahlandırılıblar.

Qeyd edək ki, Urmiyada edam edilən marağalı qadın Pərvin Musəvi xərçəng xəstəsi idi.

O, 5 il əvvəl həyat yoldaşı və övladı ilə birgə həbs edilmişdi.

Marağalı məhkum məhkəmədə barəsində irəli sürülən ittihamı rədd etmiş, həbs dövründə günahsızlığını sübut edən bir neçə məktub yazmışdı.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar