SON XƏBƏRLƏR

Abbas Lisani Ərdəbil zindanına geri qayıdıb

2022.08.27, 10:14
Abbas Lisani Ərdəbil zindanına geri qayıdıb

Gunaz.tv

Məzuniyyət müddətinin avqustun 13-də yenidən uzadılmasına baxmayaraq, Ərdəbil prokuroru Abdullah Təbatəbayi məzuniyyət icazəsini ləğv edib.

Prokuror avqustun 25-də məzuniyyətin uzadılması barədə sənəd və həkim arayışlarını təqdim edən Lisaninin oğlu Əli Lisaniyə atasının zindana qayıtmalı olduğunu bildirib.

Qeyd edək ki, Ərdəbil prokurorunun bu hərəkəti Abbas Lisaninin bel diskinin qapalı əməliyyatından (ozon terapiyası) sonra onu müalicə edən həkim doktor Əlirza Rəhimi Mamaqaninin rəyinə ziddir.

"Cənab Abbas Lisaninin bu gün Təbrizin Vəliəsr xəstəxanasında müalicə olunduğu təsdiqlənir. Müalicənin təkmili üçün evdə iki həftə tam istirahətə ehtiyac duyulur.

Uzun müddət belini gücləndirmə hərəkətləri və su müalicəsi ilə məşğul olması tövsiyə olunur. O, həmçinin ağır işlərdən azad edilməlidir",-deyə, Əlirza Rəhimi Lisaninin müalicəsi ilə bağlı yazdığı arayışda bildirib. 

Xatırladaq ki, Abbas Lisani müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün uzun müddətdən və çox sayda müraciətlərdən sonra müalicə üçün mayın 23-də 6 aylıq tibbi məzuniyyətə buraxılıb, bu müddətdə 3 dəfə əməliyyat olunub.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar