SON XƏBƏRLƏR

İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb

2024.04.25, 13:06
İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb

İranın mərkəz və cənub-şərq bölgələrində iki gündür başlayan güclü yağışlar və sel sularının axması nəticəsində  yaşayış evləri dağılıb və subasmaya görə yollar kəsilib.

Gunaz.tv

Ölkənin Qızl Aypara Cəmiyyətinin Yardım və Qurtarma Təşkilatının sədri Babək Mahmudi ötən 48 saat ərzində 1300 nəfərdən artıq sakinin sel sularına və subasmaya məruz qaldıqlarını deyib. 

Onun bildirməsinə istinadən 11 əyalət, o cümlədən İsfahan, Tehran, , Qum, Cənubi Xorasan, Sistan və Bəluçistan və sair əyalətlərdə misil görünməmiş kəskin sel suları törənib.

Cənubi Xorasan Əyaləti Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Məhəmməd Əli Kavusi  “Salikabad” kəndinin çınqıl-torpaq tərkibli bəndinin daşınlar nəticəsində səhər aprelin 15-i dağıldığını vurğulayıb.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar