SON XƏBƏRLƏR

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı birtərəfli bəyanatları rədd edib

2024.04.24, 15:25
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı birtərəfli bəyanatları rədd edib

Türkiyə bəzi radikal dairələrin xoşuna gəlmək üçün 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edir.

Gunaz.tv

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, tarixi faktları təhrif edən bu bəyanatlar həm də beynəlxalq hüquqa ziddir.

“Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib. Tarixlə bağlı bu qərəzli bəyanatlar iki icma arasında barışıq səylərinə zərər vurmaqla yanaşı, həm də nifrət cinayətləri törətməyə meylli radikal qrupları təşviq edir. Biz bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi və Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq”, - bəyanatda vurğulanıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar