SON XƏBƏRLƏR

Azərbaycanlı müəllim həbsxanaya köçürüldü

2024.04.25, 13:29
Azərbaycanlı müəllim həbsxanaya köçürüldü

Əlbürz əyalətində yaşayan azərbaycanlı müəllim Tahir Əsgərpur 4 aylıq həbs cəzasını çəklmək üçün Kərəc şəhərinin həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

O, "kiber məkanda hakimiyyətə qarşı təbliğat"da günahlandırılıb.

Həbs cəzası ilə yanaşı Əsgərpurun iki il müddətinə sosial mediada fəaliyyətinə qadağa qoyulub.

Qeyd edək ki, fəal müəllimlərdən olan Əsgərpur, eyni halda bir neçə kitabın müəllifi və tərcüməçisidir.

O, 30 sentyabr 2023-cü ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya köçürülmüş və bir neçə gün dindirildikdən sonra müvəqqəti olaraq girov qarşılığında sərbəst buraxılmışdır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar