SON XƏBƏRLƏR

G7 İranı hədələdi: Rusiyaya silah vermə...

2024.04.20, 10:30
G7 İranı hədələdi: Rusiyaya silah vermə...

G7-nin xarici işlər nazirləri İtaliyanın Kapri şəhərində keçirilən görüşünün sonunda İranın artmaqda olan sabitliyi pozan tədbirlərinə cavab olaraq Tehrana qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.

Gunaz.tv

Bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub.

Bəyanatda İsrail və İran arasında gərginliyə işarə edilərək tərəflər gərginliyi artırmamağa çağırılıb.

Bəyanatda İsrailin təhlükəsizliyini dəstəkləmək öhdəliyi vurğulanıb və İranın İsrailə qarşı misli görünməmiş hücumu, Tehran hökumətinin son günlər Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəminin ələ keçirilməsi şiddətlə pislənib.

Onlar həmçinin İranda insan haqlarının, xüsusən də qadınlar və azlıq qrupların hüquqlarının qarşı pozulmasından dərin narahat olduqlarını bildiriblər və iranlı etirazçılara qarşı rəftarı insanlığa qarşı cinayət adlandırıblar.

Bununla yanaşı İranın Rusiyaya ballistik raketlər təhvil verməsinin G7 ölkələrinin sürətli və koordinasiyalı cavabına səbəb olacağı deyilib.

“İranı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmağa çağırırıq. Tehranın ballistik raket və ya əlaqəli texnologiyaları Rusiyaya ötürmək üçün istənilən addımı İrana qarşı yeni, sərt tədbirlərin görülməsini əhatə edən sürətli və koordinasiyalı reaksiyamıza səbəb olacaq”, - bəyanatda bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar