Təbrizdə iş qəzası nəticəsində işçi həyatını itirib

11.05.2022, 05:52

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mayın 10-da Təbrizin “Abrəsan” məhəlləsində baş verən iş qəzası nəticəsində bir işçinin öldüyünü deyib.

Gunaz.tv Quote | Gunaz article

Onun sözlərinə görə, hadisə yarımçıq tikintidə çalışan iki işçinin qaldırıcıdan yıxılması nəticəsində baş verib.

45 yaşlı işçi hadisə yerindəcə dünyasını dəyişib, 60 yaşlı işçi isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Bundan bir müddət öncə Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Əli Səfayifərd mediaya verdiyi açıqlamada son 11 ayda 78 işçinin iş yerlərində baş verən qəzalar nəticəsində həyatını itirdiyini bildirib.

Ə. Səfayifərdin sözlərinə görə, eyni müddətdə 46 qadın olmaqla 1386 işçi iş yerlərində aldıqları xəsarətlərə görə tibb məntəqələrinə müraciə ediblər və bu ötən ilin oxşar dövrü ilə müqayisədə bu sahədə 13% artım deməkdir.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər. 

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

6 milli fəal müvəqqəti azad edilib

2022-12-04

gun az article

"Bütöv Azərbaycan olacaq"-Əhməd Obalı

2022-12-04

gun az article

Həbsdə olan güneyli ailə barədə məlumat verilmir

2022-12-04

gun az article

Maidə Qaragöz və Məhəmməd Cavidi müvəqqəti azadlığa buraxılıb

2022-12-04

gun az article

Azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadənin edam hökmü təsdiq edilib

2022-12-04

gun az article

Azərbaycanlı tələbə hərəkatı fəalı Alma Abdullazadə qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-12-04

gun az article

Zəncanlı idmançı Elnaz Rikabinin ailəsinə təzyiq göstərilir

2022-12-03

gun az article

Təbrizli media fəalına təzyiq göstərilir

2022-12-03

gun az article

Güneyli  xanım fəalın taleyindən xəbər yoxdur

2022-12-03

gun az article

Öldürülən güneyli gənc Cavad Heydərinin qardaşlarına həbsxanada təzyiq göstərilir

2022-12-03

gun az article

“Körpü”də müzakirə: “Azərbaycan və hüdudları” və “İrandakı son durum və Azərbaycan” - VİDEO 

2022-12-03

gun az article

Anadili hərəkatı məhbusu Əlirza Fərşi barəsindəki məhkəmə hökmləri birləşdirilib

2022-12-03

gun az article

Milli fəal Cavad Əhmədi Yekanlı müvəqqəti azadlığa buraxılıb

2022-12-03

gun az article

"Güney Azərbaycanda dövlət qurmalıyıq"-Əhməd Obalı-VİDEO

2022-12-02

gun az article

Savə şəhərində azərbaycanlı ələvi həbs edilib

2022-12-02

gun az article

Güney Azərbaycanın tanınmış şairi Məftun Əmini dünyasını dəyişib

2022-12-02

gun az article

Zənganlı milli fəal Fərşid Mühaciriyə həbs cəzası verildi

2022-12-02

gun az article

Urmulu milli fəal Meysəm Şirini müvəqqəti azadlığa buraxılıb

2022-12-02

gun az article

“Sözümüz”: “Kürd basqısına məruz qalan Kərkük” - VİDEO

2022-12-02

gun az article

Güney azərbaycanlılar Vaşinqtonda aksiya keçirəcək

2022-12-02