SON XƏBƏRLƏR

Fevral ayında İranda 23 nəfər edam edilib

2022.03.02, 10:06
Fevral ayında İranda 23 nəfər edam edilib

Gunaz.tv

İranda insan haqlarının pozulması ilə bağlı fevral ayına olan monitorinqin nəticələri bəlli olub və bu İran hökumətinin insan haqlarını pozmaqda israrlı olduğunu göstərir.

Hesabatda fevral ayında da İranda insan haqları sahəsində ciddi pozuntuların olduğu, vətəndaşların, narazıların və fərqli düşünənlərin işgəncə və basqılarla üzləşdikləri, bir ay ərzində ən azı 23 nəfərin edam edildiyi qeyd olunub.

Hesabata əsasən, fevral ayında 23 nəfərin edam edilməsi ilə bağlı xəbərlər rəsmi qaynaqlar tərəfindən təsdiq edilib və bu tam doğru rəqəmi göstərmir. 

İnsan haqları müdafiəçilərinin dediyinə görə, son bir ayda İranda edam edilənlərin sayı rəsmi statistikada göstəriləndən daha çoxdur.

Bununla yanaşı monitorinqin nəticələri ilə bağlı yayılan məlumatda məhkumlara, özəlliklə siyasi məhbuslara qarşı basqıların çoxaldığı, dinc aksiyaçılara qarşı qəddar davranıldığı və çox sayda insanın, özəliklə işçi və müəllimlərin həbs olunduğu əks olunub.

Hüquq müdafiəçiləri siyasi məhbusların və edam olunanların yaxınlarının məlumat yaymamaları üçün təhlükəsizlik qurumları tərəfindən təhdid edilib, psixi və fiziki təzyiqlərlə məruz qaldıqlarını yazıblar.

Onlar son ayda hər zaman olduğu kimi İranda uşaq və qadınların hüquqlarının pozulduğunu vurğulayıb, Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin Rifah İdarəsinin başçısı Əhəd Nərimaninin cari günəş ilinin 10 ayı ərzində Şəbistərdə 58 azyaşlının evləndirilməsi faktının aşkarlandığı barədə açıqlaması uşaq haqlarının kobud pozuntusuna nümunə göstəriblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar