Diaspor Komitəsi: "Dünya azərbaycanlıları hadisəni İranın xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı sayırlar"

27.01.2023, 19:06

"Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsi, ikisinin isə yaralanmasından dərin kədər hissi keçirdiyimizi bildiririk. Dünya azərbaycanlıları baş vermis hadisəni İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı hesab edir, hər bir soydaşımız bu xain hücumü və qanlı cinayətləri törədənləri lənətləyir, diqqəti yayındırmaq üçün yayılan yalan məlumatlara inanmadığını bəyan edir. Baş vermis qanlı olay məntiqə və insanlığa sığmır".

Gunaz.tv Quote | Gunaz article

Bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatında əksini tapıb.

Qeyd olunub ki, Cənubi Azərbaycanda 40 milyon soydaşımızın yaşaması, onların davamlı olaraq hüquqlarının pozulması və İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmaması bizi hədsiz narahat edir:

"Biz dünya ictimaiyyətinin diqqətini regiona yönəldir, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizəyə çağırırıq.

Regionda sülh və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıraraq, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısını almaq üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırırıq.

Nəzərinizə çatdıraq ki, biz İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinin şahidiyik. Belə ki, son vaxtlar 27 İran vətəndaşı Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçıların yanına keçmiş, bu günə qədər Ermənistan və İran bu barədə heç bir açıqlama verməmişdir.

Biz törədilən terror aktı nəticəsində həlak olanların xatirəsini ehtiramla anır, davamlı olaraq Ermənistanın müxtəlif istiqamətli terror əməlləri ilə üz-üzə qalan Azərbaycana qarşı İran İslam Respublikasının da eyni mövqedən çıxış etməsini pisləyir, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözləyirik". (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhəmməd Əmin Rəsulzadə 31 Mart faciəsi haqqında - Nəsiman Yaqublunun təqdimatında

2023-03-31

gun az article

İran və Rusiya XİN başçıları arasında hərbi əməkdaşlıq müzakirə edilib

2023-03-31

gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30