SON XƏBƏRLƏR

İran jurnalistlərin həbsinə görə dünyada ikinci yerdədir

2024.05.04, 10:43
İran jurnalistlərin həbsinə görə dünyada ikinci yerdədir

2023-cü ildə dünyada jurnalistlərə qarşı təzyiq və həbslərin ən çox həyata keçirildiyi ölkələrin adları açıqlanıb.

Gunaz.tv

Bu barədə Sərhədsiz Reportyorların hesabatında bildirilib.

"Dünyanın jurnalistlər üçün ən böyük həbsxanası olan İsrail, Səudiyyə Ərəbistanı, Suriya və İrand 2023-cü ildə də media işçilərinə qarşı hücumlarını davam etdirib, həbslər həyata keçiriblər",- hesabatda qeyd olunub.

İran jurnalistika göstəricilərinə görə 180 ölkə arasında Şimali Koreya, Əfqanıstan, Suriya və Eritreya ilə birlikdə 176-cı yerdə qərarlaşıb.

Bu ölkə jurnalistlərin həbsinə və hazırda həbsdə saxlanılan media nümayəndələrinin sayına görə, dünyada Çindən sonra jurnalistlərin ikinci ən böyük həbsxanası sayılır.

Qeyd edək ki, hesabatda söz və media azadlığına görə, birinci yerdə Norveç, ondan sonrakı ikinci və üçüncü yerlərdə isə Danimarka və İsveç dayanır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar