SON XƏBƏRLƏR

Amerika Konqresinin 26 üzvü İranlı millət vəkillərinə sanksiya tətbiq etməyi tələb etdi

2023.03.02, 10:50
Amerika Konqresinin 26 üzvü İranlı millət vəkillərinə sanksiya tətbiq etməyi tələb etdi

Gunaz.tv

Konqresin 26 üzvü İranda son anti-hökumət etirazlarının yatırılması ilə əlaqədar İran parlamentinin 227 üzvünə qarşı sanksiya tətbiq etməyi tələb ediblər.

Amerikalı konqresmənlər bildiriblər ki, iranlı millət vəkilləri təhlükəsizlik qüvvələrinə hökumətin əleyhdarlarını öldürmək, işgəncə vermək və həbs etmək üçün hüquqi baza təmin etdikləri üçün sanksiyaya məruz qalmalıdırlar.

"İran İslam Respublikası demokratik legitimliyə malik deyil və onun parlament üzvləri İran xalqının nümayəndələri deyillər",- deyə, ABŞ Maliyyə və Dövlət Departamentinə yazılan məktubda bildirilib.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar