SON XƏBƏRLƏR

SEPAH “Bəsic” qərargahında baş verən partlayışla bağlı açıqlama yayıb

2022.07.06, 06:22
SEPAH “Bəsic” qərargahında baş verən partlayışla bağlı açıqlama yayıb

Gunaz.tv

O, "Malik Əştər" adına "Bəsic" qərargahında iki əldə qayırma bombanın partladıldığını və bundan video çəkilərək təbliğat vasitəsi kimi istifadə edildiyini deyib.

"Xarici amillər nəzarət altında olduqları üçün buna cürət edə bilməzdilər. Onların içəridəki adamları tətil günü olduğu və gecə qaranlığından istifadə edərək buna əl atıblar"-deyə, Kosəri bildirib.

Kosərinin "tətil günü olduğu üçün nəzarətin az olduğu" fikri sosial media istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.

Onlar Tehranda ən önəmli hərbi bazalardan sayılan bir yerin tətil günü olduğu üçün nəzarətsiz buraxılması fikrini gülüşlə qarşılayıblar.

İyulun 1-i yerli vaxtla saat 21:15-də  SEPAH-ın Tehranda əsas bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında iki partlayış baş verib.

Hadisədən bir gün sonra hökumətə müxalif İran Xalq Mücahidləri Təşkilatı partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar