SEPAH-ın terror əməliyyatlarında rolu olan 3 kəşfiyyatçı zabiti ifşa edilib

20.08.2022, 08:30

İran İnqilab Keşikçiləri Korpusunun əks-kəşfiyyat bölməsinin müavini, SEPAH-ın iki keçmiş və hazırkı xüsusi kəşfiyyat əməliyyatı bölməsinin üzvü İsrail hədəflərinə qarşı uğursuz əməliyyatlarda rolları ifşa edilib.

Gunaz.tv Quote | Gunaz article

Ruhullah Bazqandi İstanbulda İsrailin keçmiş konsulu Yusuf Levi Səfari və üç israilli qadın turistə qarşı uğursuz sui-qəsd əməliyyatına başçılıq edib.

Bazqəndinin Türkiyədə qeyri-peşəkar qüvvələri işə cəlb etməklə SEPAH-ın kəşfiyyatına böyük ziyan vurduğu bildirilir.

Məlumatlı mənbənin dediyinə görə, Ruhullah Bazqəndi Mossadın İrandakı nüfuzuna etinasızlıq edərək, SEPAH-ın yüksək rütbəli komandirlərinin və İranın raket və pilotsuz təyyarə proqramında nüfuzlu şəxslərin bir-birinin ardınca öldürülməsinə səbəb olub.

Mənbə, bildirib ki, SEPAH-ın "Qüds" qüvvələrinin polkovniki və xaricdə terror əməliyyatlarına cavabdeh olan 840-cı bölmənin başçısı polkovnik Həsən Səyyad Xudayinin mayın 22-də Tehranda öldürülməsi Bazqəndinin səhlənkarlığı nəticəsində iolub.

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən sui-qəsd planının aşkarlanması SEPAH-ın kəşfiyyat təşkilatına böyük zərbə vurub. 

İsrailin o zamankı xarici işlər naziri, indiki baş naziri Yair Lapid bu sui-qəsdin üstünü açdığı üçün Türkiyəyə təşəkkür edib.

SEPAH-ın Kəşfiyyat idarəsinin 4000-ci bölməsinin müavini Mustafa Cavad Qaffari də İsrail vətəndaşlarına qarşı hücumlarda ardıcıl uğursuzluqların yaranmasında rol oynayıb. 

Məlumatlı mənbə bildirib ki, ötən ilin dekabrında Suriyadan qovulmuş və İranın bu ölkədəki silahlı birləşmələrinin yüksək rütbəli komandirlərindən biri olan Mustafa Cavad Qaffari son 9 ayda keçirilən terror hücumlarına cavabdeh olub və bu əməliyyatların hamısı uğursuzluqla nəticələnib.

Cavad Qaffaridən əvvəl SEPAH-ın Xüsusi Əməliyyatlar üzrə rəis müavini İsrailin Kiprdəki hədəflərinə qarşı uğursuz sui-qəsd planına görə vəzifəsindən uzaqlaşdırılan Rza Sirac idi. 

Qeyd edək ki, SEPAH-ın kəşfiyyat bölməsinin davamlı uğursuzluqlarından və onların bir neçə ölkədə həyata keçirmək istədikləri sui-qəsd planlarının ifşa edilməsindən sonra, bölmənin başçısı Hüseyn Taib 23 iyunda vəzifəsindən uzaqlaşdırılıb.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24