SON XƏBƏRLƏR

Con Bolton: “İranın nüvə proqramının qarşısını almağın yeganə yolu rejimi dəyişməkdir”

2021.12.13, 14:01
Con Bolton: “İranın nüvə proqramının qarşısını almağın yeganə yolu rejimi dəyişməkdir”

Gunaz.tv

Dünya güclərinin Vyanada İranla apardığı nüvə danışıqlarının artıq məğlubiyyətə uğramasından məmnun qaldığını bildirən Bolton ABŞ prezidenti Co Bayden hökumətinin İrana qarşı yürütdüyü siyasətinin iflasa uğradığını bəyan edib.

“Əgər nüvə silahlı bir İran həqiqətən də qəbuledilməzdirsə, o zaman İran İslam Respublikasının nüvə proqramını zərərsizləşdirmənin yeganə yolu Tehrandakı rejimi dəyişməkdir. 

Hesab edirəm ki, hazırda Vaşinqton artıq iradələr savaşında kimin qələbə qazanmacağı haqda qərarını verməlidir. Tehran hazırda irəliləməkdədir. İndi isə növbə sizindir cənab prezident”, -deyə ABŞ-ın keçmiş prezidentinin milli təhlükəsizlik işləri üzrə müşaviri Con Bolton bildirib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar