İran mediası güneyli yazıçıya qarşı təbliğatını davam etdirir

26.03.2022, 14:55

Onlar Rza Bərahəniyə “Xomeyni hökumətinin adamı” damğası vururlar.

Gunaz.tv Quote | Gunaz article

İran xaricdə fəaliyyət göstərən bir sıra miliyyətçi media qurumları martın 25-də Kanadada dünyasını dəyişən güney azərbaycanı yazıçı Rza Bərahəniyə qarşı təbliğatlarını davam etdirirlər.

İngiltərədən yayılan və "şahçılar"ın televizya kanalı kimi tanınan "Mən o to" televizya kanalı yazıçını “Xomeyni hökumətinin adamı” kimi qələmə verməyə, ona qara yaxmağa çalışıb.

Rza Bərahəni 1980-ci ildə inqilabdan qısa müddət sonra yazdığı “İran inqilabında nə oldu və nələr baş verəcək” adlı kitabında inqilabı təhlil edib və bunun sonunun diktaturanın qurulması ilə nəticələnəcəyini yazıb.

O, bu və bu kimi düşüncələrinə görə basqılarla üzləşib və sonunda İranı tərk etməyə məcbur olub.

İran hökumətinə bağlı media qurumları türk yazıçını müxalif düşüncələrinə görə hədəf alıb, onu xarici qüvvələrə satılmış adlandırır, xaricdəki media qurumları isə onu İranda türk dilinə qarşı qoyulan qadaaları yazdığı üçün tənqid edir, yazıçıya “molla hakimiyyətinin adamı” damğasını vururlar. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social