SON XƏBƏRLƏR

İranın Milli Təhlükəsizlik Şurasının üzvü: "Nazirlər Kabinetində islahat vacibdır"

2022.12.05, 11:16
İranın Milli Təhlükəsizlik Şurasının üzvü: "Nazirlər Kabinetində islahat vacibdır"

Gunaz.tv

O, hazırkı vəziyyətin qənaətbəxş olmadığını və bir sıra valilərin ümumiyyətlə fəaliyyətsiz qaldıqlarını bildirib.

"Hökumət tamamilə etibardan düşmədən hökumət parlamentlə qarşılıqlı əlaqədə olmalı, onunla danışmalı və bəzi nazirlərini dəyişməlidir"- deyə, Cahanabadi bildirib.

O, bir sıra nazirlik və valiliklərin fəaliyyətlərinin çox zəif olduğunu, onların dəyişdirilməyəcəyi təqdirdə dövlətə qarşı təzyiqlərin daha artacağını bildirib.

Milli Təhlükəsizlik Şurasının üzvünün fikrincə dövlət verdiyi vədləri yerinə yetirməkdə özünü doğrultmayıb və bu ölkənin ictimai sərvətlərinin hədərə getməsi ilə nəticələnib.

Cavidan

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar